“Sberbank” xalis mənfəətini 9%-ə yaxın artırıb | Banco.az

“Sberbank” xalis mənfəətini 9%-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın “Sberbank”ı 665,4 milyard rubl (təxminən 10,3 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% çoxdur.

Son 1 ildə “Sberbank”ın xalis faiz gəlirləri 1% azalaraq 929,2 milyard rubla (təxminən 14,3 milyard dollar) düşüb, xalis komissiya gəlirləri isə 13,7% artaraq 334,5 milyard rubla (təxminən 5,2 milyard dollar) çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Sberbank” Rusiyanın aparıcı kredit təşkilatıdır. Onun səhmlərinin 50%-i Rusiya Bankına (Mərkəzi Bank) məxsusdur. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et