“Sberbank” rublun məzənnəsi ilə bağlı proqnozunu pisləşdirib | Banco.az

“Sberbank” rublun məzənnəsi ilə bağlı proqnozunu pisləşdirib

Rusiyanın “Sberbank”ı 2019-2020-ci illərdə ölkədə inflyasiyanın səviyyəsi və rublun məzənnəsi üzrə proqnozunu pisləşdirib.

Bu barədə Bankın vitse-prezidenti, eləcə də İnkişaf və strategiya Departamentinin direktoru Yekaterina Latıpova məlumat verib.

Onun sözlərinə görə, hazırda “Sberbank” 2019-2020-ci illərdə RUB/USD nisbətinin 65-70 arasında dəyişəcəyini proqnozlaşdırır. Bundan əvvəlki proqnozda isə sözügedən nisbət 2019-cu il üçün 66,5, 2020-ci il üçün isə 67 olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, "Sberbank" yaxın 2 il ərzində Rusiyada qiymətlərin orta hesabla 4-5% artacağını proqnozlaşdırır. Bundan əvvəlki proqnozda isə inflyasiya göstəricisi 2019-cu ilin sonuna 4,4%, 2020-ci ilin sonuna isə 4% olub. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et