Satış mütəxəssisi əsas vasitəçidir ki, müştərinin cibindən pulu götürüb şirkətinin kassasına qoyur | Banco.az

Satış mütəxəssisi əsas vasitəçidir ki, müştərinin cibindən pulu götürüb şirkətinin kassasına qoyur

Nəzərə alsaq ki, əksər şirkətlər müəyyən xidmətlər göstərir və yaxud müxtəlif məhsul satışı həyata keçirir ki, bu səbəbdən də şirkətlərdə satış bölmələrinə xüsusi diqqət ayılır. Hətta çox zaman rəhbərlik üçün satış nəticələri daha önəmli olur, nəyin ki bu satışları həyata keçirən mütəxəssislər. Amma unuduruq ki, satış mütəxəssisi kimi çalışan əməkdaş – əsas vasitəçidir ki müştərinin cibindən pulu götürüb, şirkətinin kassasına qoyur. Bu səbəbən də bu cür əməkdaşların seçilməsinə xüsusi diqqət ayrılmalıdır.

Şirkətin həcmi və brendi satış mütəxəssislərin seçimində bütün problemləri həll etmir. Tez tez rastlaşılan məqam odur ki, yaxşı satış mütəxəssisi tapmaq çox çətindir. Amma bu halda özünüzə aşağıdakı sualları verirsinizmi?

I.             Vakansiya üçün təklif etdiyiniz əmək haqqı, tələblərə və bazar qiymətlərinə uyğundurmu?

II.           Vakansiya üçün təyin etdiyiniz tələblər nə dərəcədə düzgündür?

III.          Namizəd axtarışı üçün düzgün axtarış kanallarından istifadə edirsinizmi?

IV.         Namizəd seçimi üçün düzgün qiymətləndirmə və müsahibə formalarından istifadə edirsinizmi?

Bəzən həmkarlarımla belə bir sual üzərində mübahisəm yaranır ki, korporativ satışda iş təcrübəsi olmayan şəxs yaxşı satıcı ola bilməz. Bu fikirlə tamamilə razı deyiləm, mümkündür. Korporativ satışa əksər hallarda təcrübəsi olmayan namizədlərin işə qəbulu mümkündür. Əlbətdə bu zaman iş təcrübəsindən daha çox namizədin satış mütəxəssisi üçün bacarıqlarının olması çox önəmlidir. Daim bildirdiyim bir fikir var ki, yaxşı satış mütəxəssisi olmaq üçün heç bir universitet bitirməyə ehtiyac yoxdur və əgər sizin satış üçün lazım olan bacarıqlarınız yoxdursa, sonradan formalaşması çox çətindir. Bu səbəbdən də hesab edirəm ki, namizədlərin satış bacarıqları universitetdə alınan qiymətlərlə deyil, aylıq satış nəticələri ilə ölçülür.. Satış mütəxəssislərinin seçimi üçün tətbiq etdiyiniz metodlardan öncə, satışın hansı etaplardan ibarət olduğunu və əsas mahiyyətini öyrənməyə çalışın.

Ən sərfəli kredit üçün müraciət et

Amma bilgilərə gəldikdə isə, əlbətdə ki əsas məqamlardan biri namizədlərin iş dünyamızın tələbinə uyğun 2 dildən (rus və ingilis dili) birini bilmək vacib məqamlardan biridir. Amma bunlarda sonradan ola biləcək məqamlardır, əsas daha önəmli bacarıqlardır.(soft skills)

İşə qəbul üzrə mütəxəssislərin də eyni zamanda bilmək olduğu əsas bacarıqlardan biri satış bacarıqlarıdı. Vakansiyanın düzgün satışını həyata keçirə bilməsi və şirkət tələblərinə uyğun namizədlərə vakansiyanın düzgün təqdimatının edə bilməsidir.

Əziz həmkarlar, İQ testlərlə namizədlərin seçimini həyata keçirməkdən yorulmadınız? Avtomatik deyəcəksiz ki, bəs o zaman ilkin mərhələdə 100-lə CV-dən uyğun namizədləri necə seçək?! Mümkündür, əgər birinci növbədə öz rəhbərliyinizə satış mütəxəssilərinin seçimində İQ testlərin faydasız olduğunu sübut edə bilsəniz. Yenədə diqqət yetirsəz biz HR-da satış etmə bacarıqları çox önəmlidir.

moneta.az

Ən sərfəli krediti almaq üçün müraciət et