Samsung kriptovalyuta bazarına daxil olmağa hazırlaşır | Banco.az

Samsung kriptovalyuta bazarına daxil olmağa hazırlaşır

Cənubi Koreyalı korporasiya, Ethereum blokçeyni bazası əsasında altkoin hazırlayaraq kütləvi satış platformalarına əlavə etmək fikrindədir.

Samsung şəxsi blokçeyn modulunu hazırlayır ki, öz kriptovalyutasını ora yükləsin. Bu barədə məlumatı CoinDesk koorporasiyası gizli mənbələrə istinadən xəbər verir. Məlumata görə, altkoinin baza əsası olaraq Ethereum texnologiyası üzərində hazırlanıb.

Hal-hazırda məhsul daxili-test mərhələsində yerləşir. Mənbələr, tezliklə tokenin satış platformalarında olacağını qeyd ediblər. Lakin layihənin istiqaməti barəsində söz açılmır.

Ən sərfəli kredit üçün müraciət et

Aprel ayının ortalarında Samsung Zengo adlı yeni kriptovalyuta cüzdanına investisiya yatırıb. Şirkət həmin ərəfədə rəqəm aktivlərinin qorunduğu Galaxy S10 flaqmanını da təqdim etmişdir. 

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç