Samsung ilk rübün mənfəətini açıqladı | Banco.az

Samsung ilk rübün mənfəətini açıqladı

Samsung tərəfindən elan edilən 2019-cu ilin ilk rübünün maliyyə hesabatına görə, şirkətin mənfəəti ötən ilin birinci rübünə nisbətən 60% azalıb.

Cənubi Koreya texnologiya nəhəngi Samsung, ilk rübdəki maliyyə hesabatını açıqladı. Hesabata əsasən, şirkət ötən ilin müvafiq dövrü ilə müqayisədə ilin birinci rübündə 60% azalma yaşayıb. Şirkət keçən ilin birinci rübündə təxminən 13,4 milyard dollar mənfəət əldə etmişdi və bu ilin ilk rübündə yalnız 5,3 milyard dollar mənfəət əldə edə bildi.

Samsung ilin birinci rübündə 78 milyon smartfon və 5 milyon tablet satdı. Galaxy S10 satışları, Samsungu ayaqda tutan bir nömrəli faktordur. İlin ikinci rübündə Galaxy S10 5G və Galaxy A80 gəlirlərinin artması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Samsung-un gəlirinin düşməsində yaddaş çiplərinə olan tələbatın azaldılması mühüm rol oynayır. Lakin ilin ikinci rübündə şirkət 256GB yaddaş çiplərinə, UHD, 8K və ultra geniş ekran panellərinə tələbatın artacağını gözləyir. Samsung, ilin ikinci rübündə istehlakçılara əlavə dəyərli məhsulların satışını həyata keçirmək istəyir.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et