Şakir Rəhimovu yaxından tanıyaq | Banco.az

Şakir Rəhimovu yaxından tanıyaq

Şakir Rəhimov – hal-hazırda Bank Respublikanın Müşahidə Şurasının sədridir. Cənab Rəhimovun illərlə, karyerasının başlanğıc dövründən çalışdığı AccessBankdan ayrılaraq, Bank Respublikaya keçməsi bank camiyəsində də maraq doğurmuşdur.

Onun Bank Respublikaya gəlişini, sözügedən bankın daha öncəki MŞ sədri Natiq Quliyev belə xarakteizə edir:

“İlk növbədə, bildirmək istərdim ki, 30 Noyabr 2016-cı il tarixdən etibarən Müşahidə Şurasının sədri vəzifəsini özüm icra edirdim. Bankımızda digər bankların təcrübəsindən yararlanmaq məqsədilə, mən Azərbaycanda ən qabaqcıl bankirlərdən biri olan Şakir Rəhimovu Muşahidə şurasına dəvət etmişəm. O, strateji planlaşdırılma və idarəçilikdə geniş bilik və təcrübəyə malik olan bir peşəkardır. Şakirlə 2014-cü ildən tanışam və elə həmin dövrdən onu banka cəlb etmək barəsində düşünmüşəm. Maliyyə bazarında baş verən hadisələr, Bank Respublikada yeni bilik və təcrübənin tətbiqinə zərurəti artırmaqla mənim qərarıma təkan oldu. O, Warwick Business School-da Biznes Administrasiyası üzrə magistr dərəcəsi alıb və hal-hazırda Standford Universitetində təhsilini davam etdirir.”  

Bankçılıq karyasında start – Azərbaycan MikroMaliyyələşmə Bankı

Cənab Rəhimov AccessBankda çalışdığı ilk altı il ərzində kredit sahəsi üzrə təcrübə keçən mütəxəssis vəzifəsindən İdarə Heyətinin üzvünədək yüksəlmişdir.

Şakir Rəhimov, hazırda hamımızın AccessBank adı ilə  tanıdığı, 2002-ci ildə yaranan Azərbaycan Mikro Maliyyələşmə Bankında, sentyabr ayından,  mikrokreditləşmə sahəsində kredit mütəxəssisi vəzifəsində çalışmağa başlayıb. Daha sonra, 2003- cü ildə mikrokreditləşmə üzrə Böyük kredit mütəxəssisi vəzifəsinə təyin olunub. Cənab Rəhimov 2004-cü ilin mart ayında yeni yaranan KOB (kiçik və orta biznes) şöbəsində çalışmağa başlayıb və 2005-ci ildən etibarən həmin şöbəyə rəhbərlik etməyə başlayıb. 2008-ci ilin aprel ayında o, Biznes Bankçılığı Departamentinin Rəhbəri vəzifəsinə təyin olunub və İdarə Heyəti üzvlüyünə qəbul edilib.

Həmin zaman Şakir müəllim, öz təyinatı ilə bağlı bunları demişdir: 

Ən sərfəli kredit üçün müraciət et

Mən AMMB-da iş fəaliyyətimə kredit sahəsi üzrə təcrübə keçən bir mütəxəssis kimi başlamışdım. AMMB digər işçilər kimi mənə də peşəkar inkişafım üçün böyük imkanlar yaratmışdır. Ümid edirəm ki, idarə heyətinin üzvü kimi mikromaliyyələşdirmə sahəsində lider olan bankımızın inkişafına öz töhfələrimi verəcəyəm”

Həmin dövrdə, AccessBankın İdarə Heyətinin rəhbəri olan cənab Andryu Pospilovski, cənab Rəhimovun təyinatı münasibətilə xoş sözlər söyləmişdi:

“AMMB-nı yaratmaqda məqsəd, kiçik biznesə dəstək verməklə Azərbaycanda iqtisadiyyatı, yerli işçilərin və mütəxəssislərin peşəkarlığını artırmaqla isə bank sferasını inkişaf etdirməkdən ibarət olmuşdur. Mən çox şadam ki, hazırda bankımızda rəhbər vəzifələrdə çalışan əməkdaşların çoxu azərbaycanlıdır. Cənab Rəhimov AMMB-da işlədiyi altı il ərzində bankda müxtəlif vəzifələrdə çalışaraq kredit sahəsi üzrə təcrübə keçən mütəxəssis vəzifəsindən İdarə Heyətinin üzvünədək yüksəlmişdir. Onu da qeyd edim ki, bu AMMB-da qeyri-adi hal deyil, cünki AMMB hər il 200–dən çox universitet məzunlarını işə qəbul edərək bank sahəsi üçün peşəkar mütəxəssislər hazırlayır.”

Cənab Rəhimov  Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir. Ş.Rəhimov Azərbaycan Dövlət İqtisad Universiteti və Warwick Universitetində, Warwick Business School Biznes Administrasiyası üzrə magistr dərəcəsi alıb. O, hal-hazırda Stendford Universitetində “Strateji qərarlar və Risklərin İdarə edilmməsi” proqramı üzrə təhsilini davam etdirir.

3 fevral 2017-ci il tarixində keçirilən Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağında “Bank Respublika”dan Şakir Rəhimov isə Rəyasət Heyətinin üzvü seçiliblər.

Şakir müəllim, jurnalistlərin də suallarını daima həvəslə cavablandırır və çətin dövrlərdə bankirlərin ata biləcəyi addımları həmkarları ilə paylaşır: 

Bankir Şakir Rəhimovun müsahibəsi

Ən sərfəli krediti almaq üçün müraciət et