Şahmar Mövsümov VTB-nin Müşahidə Şurasına üzv seçilib | Banco.az

Şahmar Mövsümov VTB-nin Müşahidə Şurasına üzv seçilib

Dünən Rusiyanın Sankt-Peterburq şəhərində "Bank VTB" Publik Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi illik yığıncağı keçirilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) verilən məlumata görə, Fondun icraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının üzvü kimi iclasda iştirak edib.

Yığıncaqda VTB-nin 2016-cı il üçün illik maliyyə hesabatlarının təsdiqi, 2016-cı ilin nəticələrinə görə mənfəətin bölüşdürülməsi, dividendlərin həcmi, ödənilmə tarixləri və forması, eləcə də bankın Müşahidə Şurasının və Audit Komissiyasının yeni tərkibi, xarici audit yoxlamasının aparılması üçün audit şirkətinin seçilməsi və nizamnaməsinə, idarə edilməsi haqqında qaydalara dəyişikliklər edilməsi barədə məsələlər müzakirə olunub.

Ən sərfəli kredit üçün müraciət et

İclasda Ş.Mövsümov növbəti dövr üçün Müşahidə Şurasının müstəqil üzvü seçilib.

2013-cü ildə ARDNF Bank VTB ASC tərəfindən emissiya edilmiş 500 mln. dollar həcmində səhmləri alaraq bankın ümumi səhm kapitalında 2,95%-lik paya sahib olub.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et