Şahin Mustafayev: "Azərbaycan Yekaterinburqda logistik mərkəz yaradacaq" | Banco.az

Şahin Mustafayev: "Azərbaycan Yekaterinburqda logistik mərkəz yaradacaq"

"Azərbaycan tərəfi Yekaterinburq şəhərində logistik mərkəzi yaradacaq".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir bildirib ki, sabah iki tərəfin iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək: “Bu biznes-forumda da bununla bağlı artıq müvafiq memorandum imzalanacaq. Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası və Sverdlovsk vilayətinin müvafiq şirkəti arasında bu logistik mərkəzinə Azərbaycan istehsalı olan meyvə-tərəvəzin təchizi istiqamətində işlərin təşkili baxımından vacib sənəd imzalanacaq”.  

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç