Sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənclər öz təcrübələrini bölüşüblər | Banco.az

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənclər öz təcrübələrini bölüşüblər

İyunun 27-də Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə  “Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq” Gününə həsr olunmuş Gənclər Forumu keçirilib. 

Tədbirdə gənclər və sahibkarlar, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Forumda çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov qeyd edib ki, Forumun keçirilməsində məqsəd innovativ biznes layihələri, ideya təklifləri və uğurlu sahibkarlıq fəaliyyəti olan 16-29 yaş kateqoriyasında gəncləri və sahibkarları mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmaq, cari sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənc sahibkarlara fəaliyyətlərinin genişləndirilməsi üçün imkanlar yaratmaqdır. 

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov Agentliyin fəaliyyəti, KOB-lara göstərilən dəstək tədbirləri və layihələr, eləcə də gənclər arasında sahibkar düşüncə tərzinin təşviqi barədə məlumat verib, gənclərin dünyagörüşünün genişləndirilməsi, ixtisas biliklərinin artırılması, gənclərə peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanması məqsədilə Agentlikdə “KOB Könüllüləri” Proqramının həyata keçirildiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Tədbir çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün  təşkil olunmuş məlumatlandırma sessiyasında gənc sahibkarlar - Elvin Dadaşsoy, Sara Rəcəbli, Hüseyn Hümbətov gənclərlə öz təcrübələrini bölüşüb, sahibkarlıq fəaliyyəti ilə bağlı fikir və tövsiyələrini qeyd ediblər.

Sonra tədbir iştirakçılarına KOBİA-nın və Gənclər Fondunun fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar təqdim olunub, gənclərin sualları cavablandırılıb.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç