Rusların pulları bu şəhərdədir | Banco.az

Rusların pulları bu şəhərdədir

Rus və Ukraynalı iş adamlarının bölgədə artan təzyiqdən dolayı pullarını London əmlak bazarına qaçırdığı ifadə edilir. Mütəxəssislər isə oliqarxların sanksiyalardan qaçmaq üçün London əmlak bazarından faydalandığına diqqət çəkir. Daşınmaz əmlak məsləhət şirkəti JLL-in məsləhətçiləri Rusiyadan sərmayə çıxışlarının keçən ilə müqayisədə bu il dörd qata çıxa biləcəyini bildirdi. 

JLL-nin Tədqiqat şöbəsinin rəhbəri Adam Challis, "Zəngin ruslar və Ukraynalılar yeni ildən bu yana varlarını köçürəcəkləri etibarlı yerləri təsbit etməyə çalışırlar" dedi. Əmlak şirkəti Savills-ə görə, ruslar 2013-cü ildə London əmlak bazarında təxminən 180 milyon sterlinq xərclədi. Bir çox mütəxəssis bu il daha çox xərclərin ediləcəyini gözləyir. Əmlak məsləhət şirkəti Property Vision-un direktoru Roarie Scarisbrick, "Son illərdə bizə müraciət edən rus müştərilərimizin sayında artım gördük." deyə bildirdi. 

Ən sərfəli kredit üçün müraciət et

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç