Rusiyaya ən çox borcu olan 3 ölkə - ADLAR | Banco.az

Rusiyaya ən çox borcu olan 3 ölkə - ADLAR

Rusiya dövlətinə ən çox maliyyə borcu olan üç ölkənin adı açıqlanıb.

Banco.az xəbər verir ki, Rusiyanın RBK qəzetinin yaydığı məlumata görə, ümumilikdə 17 ölkənin Rusiyaya 39.4 milyard dollar borcu var.

Toplam borcu 7,55 milyard dollar olan Belarus Rusiyaya ən çox borcu olan ölkədir. Ukrayna 3,7 milyard dollar ilə ikinci, Venesuela isə 3,5 milyard dollar ilə üçüncü yeri tutur.

2012-ci ildən sonra Belarusiyanın Rusiyaya olan borcunda təxminən iki dəfə artım müşahidə olunub. Rusiya Baş nazirinin birinci müavini və maliyyə naziri Anton Siluanov bir müddət əvvəl Belarusiyaya daha borc verilməyəcəyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən isə Ukrayna rəhbərliyi Rusiyanın açıqladığı borcun miqdarını qəbul etmir.

Rusiya prezidenti Vladimir Putin iyunda Venesuelanın Rusiyaya olan borcunun 3,5 milyard dollara çatdığını söyləyib. Sözügedən borcun miqdarının iki ölkə arasında 2011-ci ildən etibarən silah razılaşmasından sonra artdığı vurğulanır.

Rusiyaya ən çox borcu olan bu ölkələri 3,2 milyard dollarla Kuba, 2 milyard dollarla isə Banqladeş izləyir.

Aida İSAQ, Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et