Rusiyanın xarici ticarət profisiti artıb | Banco.az

Rusiyanın xarici ticarət profisiti artıb

Rusiyanın xarici ticarət profisiti (artığı), bu ilin ilk rübündə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 51,1 milyard dollara yüksəlib.

Rusiya Federal Gömrük Xidmətinin (FTS) məlumatlarına görə, ölkənin ixracı, bu ilin yanvar-mart dövründə 2018-in eyni dövrü ilə müqayisədə 1,4 faiz artaraq 104,9 milyard dollar təşkil edib, idxalı isə 2,4 faiz azalaraq 53,8 milyard dollara düşüb.

Rusiyanın cəmi ticarət dövriyyəsi isə yanvar-mart dövründə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artımla 158,6 milyard dollara yüksəlib. Həmin dövrdə xarici ticarət artığı da 5,8 faiz artımla 51,1 milyard dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Dünyanın ən böyük neft və qaz ixracatçılarından biri olan Rusiyanın ixracatında yanacaq və enerji məhsullarının payı isə həmin dövrdə 2017-ci illə müqayisədə 65 faizdən 66,4 faizə qalxıb.

Rusiyanın xarici ticarət artığı 2018-də 62 faiz artımla 211,6 milyard dollara çıxmışdı. Rusiya, keçən il ixracatının 87,9 faizini Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olmayan ölkələrə həyata keçirmişdi. İdxalının da 89 faizini MDB xarici ölkələrdən etmişdi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et