Rusiyadan Azərbaycana buğda ixrac oluna bilər | Banco.az

Rusiyadan Azərbaycana buğda ixrac oluna bilər

"Azərbaycan özəl sektoru Rusiyanın aqrar ənənəsini yaşadan Saratov vilayəti ilə səmərəli əməkdaşlığın imkanlarını dəyərləndirməyə hazırdır".

Qeyd edək ki, Saratov Sənaye Ticarət Palatasında Azərbaycan sahibkarları ilə palata direktoru Aleksey Antonov və vilayət məclisinin aqrar məsələləri komitəsinin sədr müavini Oleq Alekseyevlə görüşü zamanı həm də Saratov vilayətindən Azərbaycana buğda ixracı məsələləri müzakirə olunub.

Regionda nümayəndəlikləri olduğunu qeyd edən Ş.Şərifov tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün Saratovda açılan Qaqarin Hava Limanından Azərbaycana müntəzəm uçuşlara başlamasının mühüm əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Görüş zamanı həmçinin avqust ayının 26-29-da Saratov vilayətinin işgüzar missiyasının Azərbaycana nəzərdə tutulan səfəri, missiya üzvlərinin ölkənin mühüm müəssisələrinə baş çəkərək potensial tərəfdaşlarla görüşməsi ilə bağlı məsələlər də müzakirə olunub.

Saratov Sənaye Ticarət Palatasının rəhbəri A.Antonov azərbaycanlı nümayəndələri Saratovda keçiriləcək ikinci “Yalnız irəli” iqtisadi forumuna dəvət edib əməkdaşlıq niyyətinin forumda bir daha təsdiqlənəcəyini söyləyib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et