Rusiyada qlobal rəqəmsal şirkətlər üçün vergi yanaşmasının dəyişdirilməsi təklif olunub | Banco.az

Rusiyada qlobal rəqəmsal şirkətlər üçün vergi yanaşmasının dəyişdirilməsi təklif olunub

Rusiya Maliyyə Nazirliyinin mövqeyinə əsasən, "Google" və "Facebook" kimi internet nəhəngləri Rusiyadakı fəaliyyətlərindən əldə etdikləri gəlirlərini bölməlidirlər. Hazırda onlar öz gəlirlərini vergidən yayındırır və bundan büdcə itirir.

Maliyyə Nazirliyinin bu təklifi irəli sürməsi xəzinəni doldurmaq üçün bütün dünyada rəqəmsal xidmətlər göstərən iri transmilli şirkətlərin vergi yükünün artırılması məqsədilə işlədiyi variantların tərkib hissəsidir. Nazirlik şirkətlərin vergiyə cəlb edilməsinə yanaşmanı elə dəyişdirmək niyyətindədir ki, nəhəng rəqəmsal korporasiyalar yalnız baş ofislərinin qeydiyyatda olduğu ölkələrdə gəlir vergisi ödəməklə kifayətlənməsinlər, həm də həmin gəlirləri əldə etdikləri ölkənin büdcəsinə öz töhfələrini versinlər. Rusiyanın dövlət büdcəsi layihəsi ilə birlikdə Dumaya təqdim olunmuş "2020-ci il, eləcə də planlaşdırılmış 2021 və 2020-ci illər üzrə büdcə, vergi və gömrük-tarif siyasətinin əsas istiqamətləri" adlı sənəddə yer alan məsələlərdən biri də budur.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et