Rusiyada kriptovalyutanın vergiyə cəlb edilməsi müzakirə olunur | Banco.az

Rusiyada kriptovalyutanın vergiyə cəlb edilməsi müzakirə olunur

Rusiya Banklar Assosiasiyasının hazırladığı "Kriptovalyutanın mərkəzdən kənarlaşdırılmış dövriyyə konsepsiyası" adlı hesabatda göstərilib ki, leqallaşdırılması üçün kriptovalyuta dünyada mövcud olan hüquqi konsepsiyalar çərçivəsində rəqəmsal pulların mayninqinin əmlakın və ya xəzinənin zəbt olunması kimi tanınmalıdır. "Avstriya qanunvericiliyinə əsasən, mayninq nəticəsində virtual aktivlər əldə edən şəxs, ilk qanuni sahibi olmaqla, onu ələ keçirir, zəbt edir. Bu cür yanaşma tamamilə rasional hüquqi məna daşıyır", – konsepsiyada qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Məruzənin müəllifi Anatoli Kozlaçkov bildirib ki, kriptovalyuta mayninq – insanın fəallığı nəticəsində meydana gəlir. Faktiki olaraq, onu hər hansı şəxs yaratmır. Bu halda kriptovalyuta əşya kimi qəbul olunaraq, barter sövdələşmələri kimi vergiyə cəlb etmək mümkündür.

Hazırda konsepsiya müzakirə mərhələsindədir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et