Rusiyada kiçik şirkətlər üçün patentlərdən istifadə qadağası yumşaldılıb | Banco.az

Rusiyada kiçik şirkətlər üçün patentlərdən istifadə qadağası yumşaldılıb

Maliyyə Nazirliyi nişanlanmış məhsulların ticarəti ilə məşğul olan kiçik şirkətlər üçün xüsusi vergi rejimlərinin qadağan edilməsinə dair planda dəqiqləşdirmə aparıb. Bundan əvvəl nazirlik nişanlanmış məhsulların satışı ilə məşğul olan müəssisələrin patentlərdən və müvəqqəti gəlirlər üçün vahid vergidən istifadə imkanını aradan qaldırmağı planlaşdırmışdı. Artıq nazirliyin mövqeyində yumşalma var: dəri məhsulları, ayaqqabı və dərman satan mağazalar bu xüsusi rejimlərə aid edilməyəcək. Maliyyə naziri və Baş nazirin birinci müavini Anton Siluanovun sahibkarlarla görüşünün nəticəsi bundan ibarət olub.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et