Rusiyada 3 milyon yarıma yaxın vətəndaşın ölkədən çıxmasına məhdudiyyət qoyulub | Banco.az

Rusiyada 3 milyon yarıma yaxın vətəndaşın ölkədən çıxmasına məhdudiyyət qoyulub

Yayın əvvəlində Rusiya Federasiyasından çıxışına qadağa qoyulmuş borcluların sayı ölkənin yetkinlik yaşında olan əhalisinin 3 faizinə çatıb və 3 milyon 429 min nəfər təşkil edir. Statistika orqanlarının məlumatına əsasən, may-yanvar aylarında borcluların sayında 31 faiz artım olub. Ölkənin cənub rayonlarında isə bu göstərici 50 faizə çatır. Borclular arasında bank müştəriləri (40 faiz), aliment ödəməyənlər (20 faiz), eləcə də vergi borcluları və yol hərəkəti qaydalarını pozduğuna görə cərimələnənlər (10 faiz) üstünlük təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç