Rusiya vətəndaşlarının real gəlirləri azalıb | Banco.az

Rusiya vətəndaşlarının real gəlirləri azalıb

Bu ilin I rübündə Rusiya vətəndaşlarının real pul gəlirləri ötən ilin eyni dövrünə nisbətən 2,3% az, real əmək haqları isə illik müqayisədə 0,4% çox olub.

Bu barədə qonşu ölkənin Federal Dövlət Statistikası Xidməti (“Rosstat”) məlumat yayıb.

Bundan başqa, qurumun məlumatına görə, son 1 ildə rusiyalıların nominal pul gəlirləri 3,2% artaraq 29 920 rubla (təxminən 470 ABŞ dolları), orta aylıq əmək haqqı isə 5,2% artaraq 45 000 rubla (təxminən 700 dollar) çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bir qədər əvvəl Rusiyanın baş naziri Dmitriq Medvedyev Dövlət Dumasında hesabat verərkən bəyan edib ki, ölkədə 19 milyon yoxsul var. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et