Rusiya Mərkəzi Bankının faiz qərarından sonra Rubl bahalaşdı | Banco.az

Rusiya Mərkəzi Bankının faiz qərarından sonra Rubl bahalaşdı

Bu gün Bakı vaxtı ilə 14:30-da Rusiya Mərkəzi Bankı faiz dərəcəsini artırdığını açıqladıqdan sonra Rubl möhkəmlənib.

Xəbər verdiyimiz kimi, Rusiya Mərkəzi Bankı faiz dərəcəsini 0,25 bənd artıraraq 7,50%-ə qaldırıb. Bank 2014-cü ildən bəri ilk dəfə faiz artırıb. Faizin artırılmasına səbəb, Rublun dəyərdən düşməsi və inflyasiyanın daha da yüksələ biləcəyi riskidir. 

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bankın qərarından sonra Dollar 67,61 rubl qədər düşüb. Qərardan öncə Dollar 68,40 rubla bərabər idi. Rubl 0,6% dəyər qazanıb. 

Ötən həftə Dollar 70 rublu keçmişdi. 

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et