Rusiya ilə Səudiyyə Ərəbistanı OPEC+ xartiyasını imzalayacaqlar | Banco.az

Rusiya ilə Səudiyyə Ərəbistanı OPEC+ xartiyasını imzalayacaqlar

Rusiya ilə Səudiyyə Ərəbistanı iyul ayında imzalanmış OPEC+ uzunmüddətli əməkdaşlıq xartiyasını oktyabrın 14-də imzalayacaqlar.

Bu barədə Rusiya prezidentinin Səudiyyə Ərəbistanına dövlət səfəri çərçivəsində keçirilən ikitərəfli sərmayə forumundakı çıxışında Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.

“Səudiyyə Ərəbistanı Krallığının təşəbbüsü ilə Rusiya Federasiyasında OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlıq xartiyası hazırlanaraq bu ilin yayında nazirlərin Vyanadakı altıncı görüşündə qəbul olunub. Ölkələrimiz arasında uzun müddətli əməkdaşlığı, müştərək hədəflərimizi ehtiva edən bu sənəd bu gün imzalanacaq. Söhbət təkcə bazarın tarazlığı üçün hasilatın dəyişdirilməsindəki qarşılıqlı fəaliyyətdən yox, ilk növbədə bu sahədə iki və çoxtərəfli formatdakı birgə əməkdaşlığımıza əsaslanan daha geniş qarşılıqlı fəaliyyətdən gedir” – deyə rusiyalı nazir qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et