Rusiya ardıcıl 3-cü dəfə faiz endirdi | Banco.az

Rusiya ardıcıl 3-cü dəfə faiz endirdi

Rusiya Mərkəz Bankı ard-arda üçüncü dəfə faiz endiriminə gedib. Bank gələcək iclaslarda faiz endirimlərinin davam edəcəyini və inflyasiyanın aşağı düşərək 4 faiz hədəfinə yaxınlaşması ilə daha çox yumuşalmanın mümkün olduğunu bildirib.

Rusiya Mərkəzi Bankının Direktorlar şurası əsas faiz dərəcəsini 0,25 bənd azaldaraq 7,25%-dən 7%-ə endirib. Bu, 2014-cü ildən bu yana ən aşağı səviyyədir. 

Qərar iqtisadçıların proqnozlarına tam uyğundur

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bank qeyd edib ki, inflyasiyanın sürəti zəifdir, daxili və xarici tələb nəzərəçarpacaq dərəcədə aşağıdır. 

Rusiya Mərkəzi Bankı 2019-cu il ərzində 3-cü dəfədir faiz azaldır. Xatırladaq ki, Mərkəzi Bank uçot dərəcəsini bu il iyunun 14-də 7,75%-dən 7,5%-ə, iyulun 26-da isə 7,5%-dən 7,25%-ə endirib. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et