Rüfət Aslanlı: "Sığorta şirkətləri şəffaf olmalıdır" | Banco.az

Rüfət Aslanlı: "Sığorta şirkətləri şəffaf olmalıdır"

Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycandakı sığorta şirkətlərinin ildə yalnız bir dəfə maliyyə hesabatını ictimaiyyətə açıqlamasına münasibət bildirib.

Palata rəhbəri şirkətdən kommersiya bankları kimi ildə 4 dəfə hesabat tələb etmək üçün hüquqi əsasın olmadığını deyib: “Sığortaçılardan rüblük hesabat tələb etmək üçün hüquqi əsas yaratmalıyıq”.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, R.Aslanlı qeyd edib ki, sığorta şirkətləri maliyyə müəssisəsi olaraq hesabatlılıqda şəffaf olsalar, daha yaxşıdır: “Hesab edirəm ki, onlar şəffaf olmalıdır”.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et