Ronaldo İtaliyada futbol biletlərini bahalaşdırıb | Banco.az

Ronaldo İtaliyada futbol biletlərini bahalaşdırıb

Məşhur futbolçu Kriştianu Ronaldunun İtaliyanın «Yuventus» klubuna keçməsi ilə bu ölkədə futbol matçlarına biletlərin qiyməti yüksəlib.

Məşhur ulduzun A Seriyasına keçidi nəticəsində bir sıra oyunlara biletlər dəfələrlə bahalaşıb.

Belə ki, Ronaldunun «Yuventus»a keçməsi rəsmi elan ediən kimi, «Kyevo» klubu çempionatın ilk turunda «Yuventus»la oyuna biletlərin qiymətini 50-60% artırıb.

Belə ki, stadionda ilk sıradakı yerə biletlər 100 avrodan 150 avroya, küncdəki yerlər 30 avrodan 50 avroya, yuxarı tribunalardakı yerlər isə 40 avrodan 60 avroya yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

«Parma» klubu isə «Yuventus»la oyuna biletləri düz 7 dəfə artırıb. Bu oyun üçün ən ucuz yerlərin qiyməti 25 avrodan 178 avroya qaldırılıb.

Halbuki Ronaldu gələnə kimi cəmi 190 avro verərək həmin yerə bütün mövsüm üçün birdəfəlik bilet almaq olardı.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et