Rokfellerə görə pul qazanmağın prinsipləri | Banco.az

Rokfellerə görə pul qazanmağın prinsipləri

Rokfellerə görə pul qazanmağın prinsipləri

  1. Pulu qənaətlə sərf edin. Topdan məhsulların ucuz qiymətə satışa çıxarıldığı yerləri müəyyənləşdirin. Alacağınız əşya və ya malların siyahısını öncədən hazırlayın və alış-veriş zamanı yalnız siyahıda nəzərdə tutulan əşyaları alın.
  2. Pulunuz az olduğu təqdirdə bizneslə məşğul olun. Əgər ümumiyyətlə pulunuz yoxdursa, o zaman elə indi biznes qurmağın tam zamanıdır!
  3. Zəngin həyat yaşamağın yollarından biri də passiv gəlirə sahib olmaqdır. Passiv gəlir dedikdə, sizin cəhd və səylərinizindən asılı olmayaraq meydana gələn gəlir nəzərdə tutulur.
  4. Özünüz üçün passiv gəlir mənbələri yaradın və öz məmnuniyyətiniz üçün yaşamağı öyrənin.
  5. Digər insanlarla daim ünsiyyətdə olun. Unutmayın ki, pul digər insanlar vasitəsilə sizə çatır. Ünsiyyətcil olmayan insanların varlanmaq ehtimalı daha aşağıdır. Yaşadığınız həyatın bütün məsuliyyətini öz üzərinizə götürün.
  6. Dünyanın varlı insanlarına məxsus tərcümeyi-hal və fikirlərlə tanış olun.
  7. Arzular insan həyatının ən önəmli amillərindən biridir. Arzular insanı yaşadır. Bunun üçün yalnızca arzulamaq və bir gün arzunun gerçəkləşəcəyinə inanmaq kifayətdir. Unutmayın ki, insan arzuları bitdiyi zaman ölür.
  8. İnsanlara pul müqabilində deyil, səmimi qəlbdən və təmənnasız şəkildə kömək etməyə çalışın.

Sevinc İbadova/ Banco.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et