Roger Federer – dünyanınn ən çox qazanan tenisçisi | Banco.az

Roger Federer – dünyanınn ən çox qazanan tenisçisi

35 yaşı var, İsveçrəlidir 2016-ci ildə əməkhaqqı gəlirləri $6 milyon, reklam gəlirləri $58 milyon olub

19 illik karyerasında, Federer 104 milyon mükafat fondu udub, amma daha çox reklamlardan qazanıb. İsveçrəlinin Barilla pasta və sous istehsalçısı ilə təp-təzə bağladığı reklam müqavilələrini ekspertlər  $40 milyon dollar həcmində qiymətləndirir.

Dizində aldığı zədə üzündən Federer 2016-cı ilin ikinci sezonunu, o cümlədən olimpiadanı qaçırmalı oldu. Amma o yenə də tenis kortuna zəfərlə qayıtdı, Australian Open 2017-nin  finalında Rafael Nadalı məğlub etdi. Bu 2012-ci ildən bəri onun “Böyük dəbilqə” seriyasından ən böyük titulu idi. Onun bir çox müqavilələrinin ömrü on ildən çoxdur. Partnyorlar arasında Nike, Wilson, Credit Suisse, Mercedes, Rolex, Lindt, Jura, Moet & Chandon, Sunrise və NetJets adlarını qeyd etmək olar.  2017-ci ildə Federerin xeyriyyəçilik məqsədi ilə keçirdiyi matç üçün 4 mmilyondan çox vəsait yığılıb, onun eyni adlı fondu isə Afrikada təhsil proqramlarının inkişafı üçün 30 milyon vəsait ayırıb.

Özü haqqında o belə deyir:

Ən sərfəli kredit üçün müraciət et

“Atam mənə dedi ki, əgər tenisçi olmaq istəsən, əmin ol ki, ilk 100-lükdəsən, çünki sən bir az pul qazanmalısan. Həyatını elə qurmalısan ki, həm məşqlərinin, həm də özün bilirsən, səfərlərinin xərcini ödəmək lazımdır”.

“Düşünürəm ki, bacardığım ən yaxşı şeylərdən biri, uzun illər ərzində həm ağrı ilə, həm problem ilə, həm də istənilən şərtlərdə oynaya bilməmdir”.

“İnsan ən yaxşı bacardığı və sevdiyi işlə məşğul olanda, həmin işi atmaq istəmir. Mənim üçün bu iş tenisdir. Bilirsiniz, mən sadəcə rekordlara imza atmaq üçün oyanımıram.” .

“Əvvəllər atam və anam mənim üçün hər şey idi, amma indi mənim iki yeni övladım var və onların tamamı ilə səndən asılı olması hər şeyi elə qəfil və məzəli şəkildə deyişir ki. Əvvəl övladlar gəlir, sonra sən özün və sonra valideynlər”. 

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et