Robert Dadli BP-ni 2020-ci ilin martında tərk edəcək | Banco.az

Robert Dadli BP-ni 2020-ci ilin martında tərk edəcək

Böyük Britaniyanın BP şirkətinin Baş icraçı direktoru Robert (Bob) Dadli 2020-ci il martın 31-də istefaya gedəcək, eyni zamanda şirkətin Direktorlar Şurasını tərk edəcək.

Məlumata görə, 40 ildir BP-də çalışan, 9 ildən çoxdur şirkətin Baş icraçı direktoru olan 64 yaşlı R.Dadlini BP-nin hasilat üzrə icraçı direktoru Bernard Luni əvəz edəcək. 49 yaşlı B.Luni gələn il fevralın 5-dən Direktorlar Şurasına daxil olacaq, o zamana qədər isə hazırki vəzifəsini yerinə yetirəcək.

“40 il bu şirkətə xidmət etmək və bu sahədə işləmək şərəfli idi. Dünyanın hər yerindən olan sadiq insanlarla işləmişəm - həm BP daxilində, həm də ondan kənarda. Dünyanı enerji ilə təmin etmək üçün birlikdə əldə etdiyimiz hər şeylə fəxr edirəm. Bernard Luni şirkətin fəaliyyətinin növbəti mərhələsində ona rəhbərlik etmək üçün əla seçimdir. O, BP-ni və sahəmizi yaxşı tanıyır və yaradıcılığı və qeyri-ənənəvi iş üsulları ilə fərqlənir", - R.Dadli deyib.

Ən sərfəli kredit üçün müraciət et

BP-nin Direktorlar Şurasının sədri Helge Lund isə öz növbəsində qeyd edib ki, R.Dadli şirkətin bəlkə də ən çətin dövründə ona rəhbərlik edib və şirkətin enerji sektorunda lider olmasına yardım göstərib. O, həmçinin şirkətə yeni rəhbərin təyin olunmasını dəyişikliklərin əlaməti kimi qələmə verib. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et