Ripple məşhur birja ilə müqavilə imzalayaraq əməkdaşlığa başladı | Banco.az

Ripple məşhur birja ilə müqavilə imzalayaraq əməkdaşlığa başladı

Son zamanlar bütün şübhələrə baxmayaraq, Ripple məşhur birja olan “UAE Exchange” ilə müqavilə imzalayaraq əhəmiyyətli bir nəaliyyətə imza atıb.

Tərəfdaşlıqla sübut

Ripple qiymət dəyişikliyi, böyük nisbətdə XRP satışı və maliyyə təşkilatlarının üçüncü sırada yer alan kriptovalyutaları istifadə etdiyinə görə tənqid hədəfinə çevrilmişdi. Ancak Ripple tənqidçilərə özünə başqa tərəfdaş tapmaqla cavab verdi.

“Business Insider”-a görə, Ripple tanınmış şirkət olan və ödənişlərini gücləndirmək üçün blockchain texnologiyasından istifadə etmək istəyən “UAE Exchange” ilə əhəmiyyətli müqavilə imzalayıb.

UAE artıq Ripple şəbəkəsinə qoşulmağa hazırdır. Ripple şəbəkəsi də blockchain texnologiyasından istifadə edərək beynəlxalq ödənişləri görülməmiş bir sürətdə reallaşdırır. “UAE Exchange”-in CEO-su Promot Manqhat bunları bildirib:

“Ripple-ın blockchain texnologiyasını öz ödəniş sistemimizlə birləşdirmək müştərilərə yenilənmiş və təkmilləşdirilmiş ödəmə təcrübəsi bəxş edəcək. Bu oyun dəyişdirici texnologiyanı tez mənimsəməyimiz rəqabətə davamlı bir sistem təklif etməyimizi təmin edir”.

Manqhat uzun müddət blockchain texnologiyasının əhəmiyyətli tərəfdarı olmuşdu, bu da Ripple ilə əməkdaşlıq etdikdən sonra daha da bariz hala gəldi. Oktyabrda “Arabian Business”-ə verdiyi açıqlamada bunları söyləmişdi:

“Şəxsən mən Blockchain texnologiyasının tərəfdarıyam, onun bu dağıdıcı potensialının yalnız maliyyə xidmətlərində deyil, başqa xidmətlərdə də istifadə olunacağını düşünürəm. Funksional olaraq Blockchain texnologiyasının gördüyü iş transparanlıq və güvən yaradaraq əməliyyat xərcini azaltmaqdır. Səthi baxıldıqda orta-statistik bir müştəri blockchain texnologiyasının nə olduğunu bilmir, ancaq onun təsirləri və faydalarını gündəlik həyatında hiss edəcək”.

Ripple-ın infrastruktur sahibkarlıq başçısı Dilip Rao “UAE Exchange” ilə əməkdaşlıq etməkdən məmnun olduğunu ifadə edib:

“UAE Exchange” kimi bazarda lider olan bir firmanı Ripple şəbəkəsinə daxil etmək UAE ilə xaricə pul göndərən milyonlarla pərakəndə müştəriyə sürətli, dəqiq və ucuz ödənişlər bəxş edəcək”.

Ən sərfəli kredit üçün müraciət et

Bu yeni tərəfdaşlığın Ripple üçün böyük uğur olduğu məlumdur, bu da bazarda yaşanan enişin yaratdığı şübhəli mühiti aradan qaldırmaq məqsədi daşıyır.

Bu əməkdaşlığı Ripple üçün əhəmiyyətli bir uğur olaraq görürsünüzmü? Gələcəkdə daha çox maliyyə şirkətinin blockchain texnologiyasından faydalanacağını güman edirsiniz? Fikirlərinizi bildirə bilərsiniz.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et