Ripple dünya şöhrətli bankla əməkdaşlığa başlayır | Banco.az

Ripple dünya şöhrətli bankla əməkdaşlığa başlayır

“Santander” önümüzdəki bir neçə ay ərzində ən məşhur 3-cü kriptovalyuta olan Ripple ilə birgə beynəlxalq pul köçürmələri proqramı hazırlayacağını açıqlayıb.

Bankın CEO-su Natan Bostok verdiyi açıqlamada bunları bildirib:

“Əgər bizdən irəli düşməsələr, yazda blockchain texnologiyası ilə sərhəddənkənar ödənişləri həyata keçirən ilk pərakəndə bankçılıq şirkəti olacağıq”.

Ripple blockchain əsaslı “xCurrent” və “RippleNet” məhsulları ilə sərhəddənkənar ödənişlərdə ixtisaslaşan bir şirkətdir. 2015-2016-cı ildə Ripple-a sərmayə qoyan “Santander” həmçinin Ripple texnologiyasından istifadə edərək 2016-cı ildə beynəlxalq ödəniş tətbiqini sınaqdan keçirdi.

Bankın CEO-su Ana Botin yanvarda keçirilən 2017-ci ilin yekununa həsr olunmuş təqdimatda bu tətbiqin İspaniya, Braziliya, İngiltərə və Polşada həyata keçəcəyini bildirib.

Sınaq tətbiqi başladıldıqda köçürmələr ənənəvi trans-sərhəd ödənişlərində reallaşan bir neçə günlük müddətdən fərqli olaraq 24 saat ərzində baş tutdu. Ripple-ın bu texnologiyası həmçinin insanların transfer haqqını öyrənməyə də imkan verir. Transfer haqqı bir çox ənənəvi transfer üsulundan daha ucuzdur, çünki ənənəvi beynəlxalq transfer sistemlərindəki vasitəçini aradan çıxarır.

“Santander” bazarın 3-cü ən böyük kriptovalyutası olan Ripple ilə əməkdaşlığa başladı.Bu kriptovalyuta 2012-ci ildə San Fransiskoda yaradılıb. Şirkətin məqsədi, qlobal ödəmə və transferlərə blockchain və kriptovalyuta həlləri təklif etmək idi.

Onu da qeyd edək ki, “Santander” Ripple ilə ortaq olan yeganə şirkət deyil. “MoneyGram” və “Western Union” da likvidliyə həll kimi “xRapid”-dən istifadə edirlər. “UAE Exchange” da beynəlxalq transfer platforması olan “xCurrent”-dən istifadə edir.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et