Riçard Brenson: Uğursuzluqla bağlı 10 ən sevimli sitatım | Banco.az

Riçard Brenson: Uğursuzluqla bağlı 10 ən sevimli sitatım

Hər bir insan, xüsusən də hər bir iş adamı qollarını açaraq, uğursuzluğu qucaqlamağa hər zaman hazır olmalıdır. Biz yalnız uğursuzluqdan keçərək öyrənirik. Dünyanın bir çox parlaq zəkası məhz bu çətin yoldan keçməli olublar. Budur, sizə uğura doğru gedən yolda uğursuzluğun əhəmiyyətindən bəhs edən ən sevimli sitatlarımı təqdim edirəm.

10. Özümüzə uduzmaq şansı verəndə, biz eyni zamanda həm də özümüzə fərqlənmək fürsəti də veririk.

- Eloise Ristad

9.  Uğur - adətən uğursuzluğun qaçılmaz olduğunu bilməyən insanlar tərəfindən qazanılır.

- Coco Chanel

8.  Həyatın boyu edə biləcəyin ən böyük səhv – davamlı olaraq hər hansı bir səhvə yol verməkdən qorxmaqdır.  – Elbert Hubbard

7.  Yalnız ciddi uğursuzluğu gözə ala bilənlər, ciddi nailiyyətlərə da imza ata bilərlər. - Robert F. Kennedy

6. Uğur  - bir məğlubiyyətdən digərinə öz təşəbbüskarlığını itirmədən irəliləməkdir. - Winston Churchill

Ən sərfəli kredit üçün müraciət et

5. Uğursuzluqdan qorxanlar öz fəaliyyətlərini çərçivəyə salır, özünü məhdudiyyət qoyur . Uğursuluq –yenidən, sadəcə daha ağılla başlamaq üçün bir başlanğıcdır.  - Henry Ford

4. Həyatdakı ən böyük qələbə - heç zaman yıxılmamaqda deyil, hər dəfə yıxılandan sonra qalxmağı bacarmaqda gizlənir. - Ralph Waldo Emerson

3. Məğlubiyyətlərdən müvəffəqiyyət inşa edin. Ruh düşkünlüyü və məğlubiyyət - müvəffəqiyyətə gedən yol məhz bu iki daşdan salınıb.  Dale Carnegie

2. Karyeram ərzində 9000-dən çox zərbəm hədəfdən yayınıb. 300-dən artıq oyunda isə uduzmuşam. Oyunun taleyini həll edən zərbə mənə etibar edilib və mən hədəfdən yayınmışam, biz uduzmuşuq. Mən həyatımda dönə-dönə, dəfələrlə uğursuzluqla üzləşmişəm və buna görə də mən uğur qazanmışam.

  Michael Jordan

  1. Mən uğursuzluqla üzləşməzdim, sadəcə işə yaramayan 10,000 üsulu sınamış oldum.

- Thomas A. Edison

Ən sərfəli krediti almaq üçün müraciət et