“Reuters”: İranla Rusiya arasında böyük bir neft müqaviləsinin imzalanması gözlənilir | Banco.az

“Reuters”: İranla Rusiya arasında böyük bir neft müqaviləsinin imzalanması gözlənilir

 İranla Rusiya arasında böyük bir neft müqaviləsinin imzalanması gözlənilir.

Məlumata görə, bu barədə “Reuters” agentliyi yazıb.

Xəbərdə bildirilir ki, artıq saziş imza mərhələsindədir: “İki ölkə Cenevrə razılaşmasından sonra İranın Rusiyaya neft ixracını artırmağa yönəlmiş böyük bir razılaşmanın eşiyindədir. Hətta bəzi mənbələr razılaşmada son mərhələyə gəlindiyini bildirirlər. Sazişə əsasən, İran Rusiyadan idxal edəcəyi məhsulların əvəzində bu ölkəyə gündəlik 500 min barel xam neft ixrac edəcək”.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda həmçinin razılaşma ilə bağlı müzakirələrin çox yaxşı irəlilədiyi, indi isə müqavilənin imzalanması tarixi üzərində işlənildiyi qeyd olunub.

apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et