Rəqəmsal bankçılığın inkişafına yönəldilən xərclərlə bağlı hesabat hazırlanacaq | Banco.az

Rəqəmsal bankçılığın inkişafına yönəldilən xərclərlə bağlı hesabat hazırlanacaq

ABA-nın nəzdində fəaliyyət göstərən “İT və İT təhlükəsizlik ” üzrə Ekspert Qrupunun iclası keçirilib
20 oktyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “İT və İT təhlükəsizlik üzrə” üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.
İclasda ABA-nın ABA-nın İcraçı direktoru Yunus Abdulov,“İT və İT təhlükəsizlik ” üzrə Ekspert Qrupunun sədri Cəlal Orucov, ABA-nın Baş İqtisadçısı Bəhruz Əhmədov və Ekspert qrupunun digər üzvləri iştirak edib.

İclas zamanı bankların digital bankçılığın inkişafına yönəldilən xərclərinin təhlili ilə bağlı xüsusi analitik hesabatın hazırlanması və “FinCert”in yaradılması ilə əlaqədar məsələlər müzakirə edilib. 

İclas zamanı digital bankçılığın inkişafına yönəldilən xərclərinin təhlili ilə bağlı xüsusi analitik hesabatın hazırlanması məqsədə uyğun hesab edilib. Həmçinin  “FinCert”lə əlaqədar məsələlərlə bağlı  “Azərbaycan Beynəlxalq Bankı” ASC, “AG Bank” ASC, “Kapital Bank” ASC və “Unibank” KB ASC-nin üzlərindən  ibarət İşçi Qrupun yaradılması qərara alınıb. İşçi Qrupa “FinCert”lə əlaqədar daha geniş araşdırmanın aparılması və qrupun növbəti iclasında araşdırmanın nəticələrinin təqdim edilməsi həvalə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Analitik materialın hazırlanmasında məqsəd Azərbaycanda digital bankçılığın genişləndirilməsinin dəstəklənməsi yönündə aidiyatı dövlət qurumları ilə müzakirələr üçün analitik əsas formalaşdırmaqdır (vergi güzəştləri və s.). 

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

Ən sərfəli krediti almaq üçün müraciət et