Rəqabətin artması bazara marağımızı daha da artıracaq | Banco.az

Rəqabətin artması bazara marağımızı daha da artıracaq

Rəqabətin artması bazara marağımızı daha da artıracaq

Paşa Bankın İdartə Heyətinin üzvü və Baş investisiya inzibatçısı Taleh Kazımov bugünkü çıxışda  bildirdi ki, bazarda rəqabətin artmasından qəti narahat deyillər.

Bildiyimiz kimi, cənab prezidentin bankları real iqtisadiyyata yatırım etməyə səsləməsindən və istehlak kreditllərinin nisbətən məhdudlaşmasından sonra, bir çox banklar biznes kreditlərinin verilməsini artırıb. Təbii ki, belə halda bazarda rəqəbət artır.

Taleh müəllim, bu məsələ ilə bağlı bildirdi ki, “Bəli biz bir tərəfdən rəqabətin artacağını gözləyirik və bu rəqəbət əslində bizim daha da inkişaf etməyimizə kömək edəcək.

Çünki rəqəbətsiz inkişaf olmur. Korporativ sektorda tək olmaq bankda müəyyən qədər arxayanlıq yarada bilərdi. İndi isə rəqəbətin artması bazara olan marağı daha da canlandırır, bizi yeni məhsullar, təkliflər hazırlamağa sövq edir. Ümumiyyətlə, rəqəbət müştərilər üçün yaxşıdır ki, onların seçim imkanı olur və bu həm də iqtisadiyyatın inkişafı üşün əlverişlidir.

Mövcud rəqabətin faizlərin aşağı salınması təsiri məsələsinə gəldikdə isə Taleh müəllim bildirir ki, biz istəmirik ki, müştəriimiz bizi faizə görə fərqləndirsinlər.

Biz sadəcə faiz dərəcələri ilə fərqlənmək niyyətində deyilik.

Bizim üçün həmişə fərdi yanaşma ən öndə olmuşdur, biz müştəriləmizə onlara lazım olan həcmdə maliyyə veririk ki, onların krediti onlar üçün əlavə yükə çevrilməsin. Hətta kredit verişili zamanı biz  müştərilərimiz qarşısındakı sosial məsuliyyətimizi dərk edirik. Bizim maliyyə menecerləri müştərinin maliyyə vəziyyətini təhlil edir və onların biznesinə uyğun və gələcək gəlirlərini nəzərə alaraq, kredit müddəti təyin edir.

Ən sərfəli kredit üçün müraciət et

Təbii ki, korporativ bankçılıqda qısamüddətli kreditlər çox olmur və bizim uzunmüddətli kreditlərimizin müddəti 3-5 il arasında dəyişir. Amma ticarətin maliyyələşməsi sahəsində daha uzunmüddətli kreditlərdə veririk və 7-10 illik kreditlərimiz də var.

 Lakin dediyim kimi biz müştərinin maliyyə vəziyyətini təhlil edirik və əgər onun krediti 3 illik ödəmə imkanı varsa, ona krediti 5 illik verib, əlavə faiz xərclərinə yol verməsinə şərait yaratmaq istəmirik.

Biz müştəriləmizin maliyyə partnyoru olmağa çalışırıq. Hər bir şirkətdə çalışan onlarla, yüzlərlə insan var və kreditləşmə zamanı da biz onların qarşısındakı məsuliyyətimizi dərk edirik.

Buna rəğmən, hal hazırda ortalama kredit faizi 11, 75%-dir və əgər bazarda kreditlərin üzrə faizlərin enmə tendensiyası müşahidə olunarsa və biz daha ucuz vəsait cəlb edə bilsək, faizlərin aşağı düşməsi mümkün ola bilər.

Dövriyyə həcminə gəldikdə isə biz yenə də dövriyyəsi minimum 100 000 AZN həcmində olan müştərilər ilə işləyəcəyik, yəni bu həddin dəyişməsi gözlənilmir. Bizim verdiyimiz kreditlərin həcmi isə müştərinin tələbindən asalı olaraq fərqli ola bilər. 

Ən sərfəli krediti almaq üçün müraciət et