Rəqabət strategiyası nədir? | Banco.az

Rəqabət strategiyası nədir?

Rəqabət strategiyası hər hansı bir şirkətin sektordakı rəqiblərinə qarşı rəqabət üstünlüyü əldə etməsi üçün uzun vədəli planı kimi başa düşülür. Sektor daxilindəki müəssisələrə istiqamətlənən müdafiə mexanizmi formalaşdırmağı və daha yüksək sərmayə potensialı əldə etməyi hədəfləyir. Sektor daxili rəqabət güclü olduğu və istehlakçılara oxşar məhsullar təqdim edildiyi zaman sözügedən strategiyalar çox mühüm rol oynayır. Məsələn, mobil telefon bazarını düşünün. Günü-gündən təkmilləşən məhsulların içərisindən necə seçilmək olar? Təbii ki, rəqabət üstünlüyünə nail olmaqla.

Həmçinin oxu: İdman məhsulları istehsal edən şirkətlərin rəqabəti: Nike və Adidas

Rəqabət strategiyasını müəyyənləşdirməzdən əvvəl sektorun güclü və zəif cəhətlərini, imkanları, təhlükələri dəyərləndirməli və daha sonra hansının rəqabət üstünlüyü yaradacağına qərar verərək yola onunla davam etməlisiniz. Rəqabət mühitini anlamaq, müştərinin ehtiyaclarını incələmək, güclü və zəif cəhətləri dəyərləndirmək və digər fəaliyyətlər marketinq strategiyasının mühüm bir hissəsidir. Şirkətlər idarəetmə və marketinq gəlirlərini artırmalarına yardımçı olacaq bazar payları, SWOT analizlər və başqa cəhətləri bu yolla araşdırıb dəyərləndirə bilərlər.

Rəqabət strategiyası termini necə yarandı?

20 – ci əsrin sonlarında yaşanılan qızıl dövrdən əvvəl institusional rəqabətin əsasını inhisarların qorunması təşkil edirdi.

1970 – ci ilin sonlarından etibarən Harvard Universiteti Menecment Fakültəsində (Harvard Business School) İqtisadiyyat və İdarəetmə elmləri professoru olan Michael Porter xüsusilə Beş Güc Modeli və Ümumi (səciyyəvi) Marketinq strategiyaları başda olmaqla bir neçə məşhur rəqabət strategiyası modeli yaratmışdı. Porterin beş güc prinsipi aşağıdakılardır:

  • Sektordakı rəqabət
  • Sektora yeni daxil olacaq sahibkarların qarşılaşdığı təhlükələr və maneələr
  • Tədarükçülərin bazara olan üstünlükləri
  • Alıcıların bazara olan üstünlükləri
  • Oxşar məhsul təhlükəsi

İnstitusional rəqabət strategiyasının inkişafı

Ən sərfəli kredit üçün müraciət et

İşgüzar dünyanın sərhədləri daxilində 20 – ci əsrdən əvvəl ikili rəqabətə əsaslanan rəqabətcil strategiya nəzəriyyələri əsasən inhisar və ekskluziv müqavilələr vasitəsiylə bazarlarda necə hökmranlıq edilə biləcəyini araşdırardı. Azad bazar anlayışı yarandıqca anlaşmalar və ixtisaslaşmalar daha çox əhəmiyyət kəsb etməyə başladı və 20 – ci əsrin ortalarına qədər bu nəzəriyyələr iş analizi daxilində inhisarlıqdan “daxili səriştənin qazanılması” nə doğru bir irəliləyiş əldə etdi.

1970 – ci illərin sonunda Michael Porterin Beş Güc Modelinin yayımlanması ilə diqqət mərkəzi rəqabətcil iş strategiyasına yönəldi. Burada əsas prinsip alıcıların və tədarükçülərin alqı-satqı potensialının dinamikasını, bazara yeni daxil olanların və onlara alternativlik təşkil edənlərin yaratdığı riskləri və sektor daxili rəqabəti əsas götürən bazarları dəyərləndirmək üçün bir rəqib analiz vasitəsi təqdim etmək idi.

Bu modelə ümumi (səciyyəvi) strategiya anlayışlarını tanıdan Rəqabət Strategiyası adı verildi.

Bu gün sektora yeni qoşulan müəssisələrin, startap şirkətlərin və bütün qaydaları alt-üst edən yeni şirkətlərin varlığı və təqdim etdikləri saysız-hesabsız seçim və fayda ilə istehlakçılara dəyər qatmaları sayəsində inanılmaz innovasiya dövrü yaşayırıq. Bununla belə, bir çox şirkət uğursuzluğa uğrayır. Bunun səbəblərindən biri də sözügedən şirkətlərin “Əgər yeni bir məhsul və ya xidmət təklif etsəniz, sizi izləyəcəklər” düşüncəsinə sahib olmalarıdır. Bu yanaşma isə özlüyündə sahibkarların rəqabət üstünlüyünü necə qazana biləcəklərini düşünmədən bazarda geridə qalmalarına gətirib çıxarır.

Həmçinin oxu: 4 böyük reklam rəqabəti

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et