Regionlarda yeni quraşdırılan POS-terminalların sayı açıqlanıb | Banco.az

Regionlarda yeni quraşdırılan POS-terminalların sayı açıqlanıb

Bir terminala düşən əməliyyatların orta aylıq həcmi 1732,9 manat təşkil edir.

2014-cü ilin yanvar-iyun ayları ərzində banklar tərəfindən ticarət və xidmət obyektlərində 19368 ədəd POS-terminal quraşdırılıb.

Mərkəzi Bankdan verilən məlumata görə, iyun ayının sonuna Azərbaycanda obyektlərdəki POS-terminalların sayı 52413 ədədə çatıb.

Bankomatların 97%-i və ya 50955 ədədi pərakəndə ticarət obyektlərində quraşdırılıb.

Yeni POS-terminalların 9343 ədədi Bakı şəhərində, 10022 ədədi isə regionlarda quraşdırılıb. Regionlarda obyektlərdə quraşdırılmış POS-terminalların cəmi sayı 15334 ədədə çatıb.

Azərbaycanda bir POS-terminala düşən əməliyyatların orta ayllıq sayı 16.1, həcmi isə 1732.9 manat təşkil edir.

Bu ilin birinci yarısında banklar tərəfindən 59 yeni bankomat quraşdırılıb. İyun ayının sonuna 2476 ədəd bankomat xidmət göstərib. Onlardan 1389 ədədi Bakı şəhərində, 1087 ədədi regionlarda yerləşir.

Ötən il ticarət və xidmət obyektlərində POS-terminalların sayı 4000 ədəd azalmışdı. Əməliyyat olmadığından obyekt sahibləri POS-terminaldan imtina edirdilər. Belə bir vəziyyət Mərkəzi Bankı və Vergilər Nazirliyini hərəkətə gətirib.

İlin əvvəlində vergilər naziri Fazil Məmmədov bəyan etmişdi ki, bu il ərzində ilk növbədə Bakı, Gəncə, Sumqayıt, Naxçıvan MR və respublikanın bütün rayon mərkəzləri olmaq şərtilə təqribən 70-90 min ədəd arasında POS- terminal quraşdırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Hafta.az

Ən sərfəli krediti almaq üçün müraciət et