"Rabitəbank"ın rəhbərliyində dəyişiklik baş verib | Banco.az

"Rabitəbank"ın rəhbərliyində dəyişiklik baş verib

Turan İsmayılov İdarə Heyətindən çıxıb

"Rabitəbank" ASC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib.

Banco.az "APA"ya istinadən xəbər verir ki, İdarə Heyətinin sədr müavini Turan İsmayılov öz xahişi ilə işdən çıxıb.

T. İsmaylov xəbəri təsdiqləyib.

Ən sərfəli kredit üçün müraciət et

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, T. İsmayılov 2007-cı ildən “Rabitəbank”da çalışıb. "Rabitəbank"dan əvvəl “Parabank”da İdarə Heyətinin sədr müavini vəzifəsində və Almaniya-Azərbaycan Fondunda (GAF) məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, o, "Xəzər" Universitetinin Maliyyə fakültəsini bitirib və ABŞ-ın Texas Texniki Universitetinin “Lawrence College”ndə təhsil alıb.

Ən sərfəli krediti almaq üçün müraciət et