"Rabitəbankın səhmdarları toplaşır | Banco.az

"Rabitəbankın səhmdarları toplaşır

“Rabitəbank” ASC-nin Müşahidə Şurasının qərarına əsasən, fevralın 28-də, saat 17:00-da Bankın səhmdarlarının növbəti ümumi iclası keçiriləcək.

Yığıncaq "Rabitəbank"ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanında olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Yığıncağın gündəliyinə Bankın ötən ilin yekunu üzrə balans və mənfəət-zərər haqqında hesabatlarının, Audit Komitəsinin hesabatının təsdiq edilməsi, rəhbər şəxslərə illik bonusların ödənilməsi və cari məsələlər daxildir.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et