Rabitəbank rəhbərliyindən Kredit bürosuna yeni TƏYİNAT! | Banco.az

Rabitəbank rəhbərliyindən Kredit bürosuna yeni TƏYİNAT!

Ölkənin aparıcı banklarından biri olan Rabitəbank-ın İdarə Heyəti Sədrinin müavini Elşən Bədirxanov 15 may tarixində keçirilən "Azərbaycan kredit bürosu" MMC-nin təsisçilərinin ümumi yığıncağında bu təşkilatın Müşahidə Şurasının üzvü seçilmişdir.

Xatırladaq ki, adı çəkilən qurum müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları toplayan, saxlayan, təhlil edən və kredit hesabatlarını verən, həmçinin "Kredit büroları haqqında" Azərbaycan Respublikası Qanunu və digər qanunvericilik aktları ilə qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul olan qurumdur.

Elşən Bədirxanov Rabitəbank-da İdarə Heyəti Sədrinin müavini vəzifəsində fəaliyyətini davam edəcək. Bütün Rabitəbank kollektivi adından Elşən müəllimi əlavə vəzifəyə seçilməsi münasibəti ilə təbrik edir, işlərində yeni müvəffəqiyyətlər arzulayırıq.

Ən sərfəli kredit üçün müraciət et

25 illik bank tarixinə sahib "Rabitəbank" ölkənin ən iri banklarından biri kimi 22 filial və bir şöbədən ibarət filial şəbəkəsi, 60 – dək ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat üçün 133 Məlumat mərkəzinə zəng edə və ya suallarınızı onlayn qaydada http://bit.do/RabitaFB bankın rəsmi "Facebook" səhifəsinə yönləndirə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et