Rabitəbank Regionlarda Kənd təsərrüfatına dəstək verir! | Banco.az

Rabitəbank Regionlarda Kənd təsərrüfatına dəstək verir!

Rabitəbank, Regionlarda Kənd təsərrüfatına dəstək istiqaməntində sahibkarlarla görüşlərinə start verib.

Rabitəbank “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində regionlarda sahibkarlarla görüşlərinə başlamışdır. Belə ki, Azərbaycanın qərb bölgəsi olaraq ilk ünvan Gəncə şəhəri seçilmişdir. Baş tutan tədbirdə 100-dən artıq sahibkar, dövlət rəsmiləri iştirak etmişdir.

Rabitəbank əməkdaşları tərəfindən layihə haqqında ətraflı məlumat verilmiş və sahibkarlar üçün yaradılan güzəştli kredit haqqında geniş məlumat verilmişdir. Həmçinin tədbir çərçivəsində sahibkarların sualları cavablandırılmış və təklifləri dinlənilmişdir.

Qeyd edək ki, Rabitəbank Dünya Bankı, Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin birgə icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” - nin Aqrobiznesə Maliyyə Xidmətləri komponenti üzrə İştirakçı Maliyyə Qurumu kimi seçilmişdir.Layihənin əsas məqsədi, kənd təsərrüfatı mallarının emalına, satış və istehsalına dəstək vermək, seçilmiş məhsullar üzrə dəyər zəncirlərinin təkmilləşdirilməsindən ibarətdir.

Ölkənin ilk müstəqil banklarından olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid  www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

Image

 
Image

 
Ən sərfəli kredit üçün müraciət et

nd-color: rgb(255, 255, 255); direction: ltr; margin: 0px; padding: 0px; font-family: sans-serif; font-size: 11pt; text-align: justify;">Image



 
Image




 
Image
Image

 
Image

 
Image



 
Image




 
Image

Ən sərfəli krediti almaq üçün müraciət et