"Rabitəbank" nizamnamə kapitalını artırır | Banco.az

"Rabitəbank" nizamnamə kapitalını artırır

"Rabitəbank” ASC Müşahidə Şurasının 8 iyun 2017-cı il tarixli qərarına əsasən, 2017-ci il iyulun 14-də bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bankın yaydığı məlumata əsasən, növbədənkənar iclasın keçirilməsi Bakı şəhəri, 28 May küçəsi, 33 nömrəli ünvanda yerləşən bankın inzibati binasında saat 17:00-a təyin edilib.

Ən sərfəli kredit üçün müraciət et

Yığıncağın gündəliyinə bankın nizamnamə kapitalının artırılması məqsədilə səhmlərin əlavə emissiyasının həyata keçirilməsi, bununla əlaqədar nizamnaməyə dəyişiklik edilməsi və dəyişiklik layihəsinin təsdiq olunması, dəyişikliyin dövlət qeydiyyatına alınmasının həvalə
edilməsi və cari məsələlər daxildir.

Ən sərfəli krediti almaq üçün müraciət et