"Rabitəbank": İlin sonunadək nəzərdə tutulan proqnoz göstəricilərinə əməl olunacaq | Banco.az

"Rabitəbank": İlin sonunadək nəzərdə tutulan proqnoz göstəricilərinə əməl olunacaq

Bu ilin 10 ayının nəticələrinə görə, “Rabitəbank” ASC-nin proqnoz göstəricilərinin çoxu yerinə yetirilib. Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bunu bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev deyib.

Z. Nuriyevin sözlərinə görə, bankın mənfəət üzrə nəzərdə tutduğu planlar və aktivlərin ümumi həcminin artımı üzrə göstəricilərə tam şəkildə nail olunub.

Ən sərfəli kredit üçün müraciət et

Sədr əlavə edib ki, bank ilin sonunadək nəzərdə tutulmuş proqnoz göstəricilərə əməl edə biləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et