“Rabitəbank” 2018-ci ili mənfəət ilə başa vurub! | Banco.az

“Rabitəbank” 2018-ci ili mənfəət ilə başa vurub!

“Rabitəbank” ASC 2018-ci ili 3 milyon 124 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2017-ci ili 11 milyon 563 min manat zərər ilə bağlamışdı.

2017-ci illə müqayisədə Bankın faiz gəlirləri 9 milyon 848 min manat və ya 38,6% artaraq 35 milyon 361 min manata qalxıb, qeyri -faiz gəlirləi isə 3 milyon 993 min manat və ya 28% azalaraq 10 milyon 294 min manata düşüb.

Xərclər çıxıldıqdan sonra ötən il “Rabitəbank” 8 milyon 698 min manat əməliyyat mənfəəti əldə edib. Əməliyyat mənfəətinin 5 milyon 574 min manatı ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyata ayırılıb. Nətəcədə “Rabitəbank” 2018-ci ili 3  milyon 124 min manat xalis mənfəət ilə bağlayıb.

2017-ci ildə “Rabitəbank” 8 milyon 566 min manat əməliyyat mənfəəti əldə etmişdi. Lakin  ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyata 20 milyon 128 min manat ayırdığından həmin ili 11 milyon 563 min manat zərər ilə başa vurmuşdu. Ehtiyatlara ayırmanın azalması bankda kredit və depozit risklərinin və problemli kreditlərin azaldığına işarədir.

Ən sərfəli kredit üçün müraciət et

 

VERİLƏN KREDİTLƏR ARTIB

“Rabitəbank” müştərilərə verdiyi kreditlər artıb. Ötən il müştərilərə verilən kreditlər 83 milyon 120 min manat və ya 35,4% artaraq 317 milyon 765 min manata yüksəlib.

 

BANK BÖYÜYÜB

2017-ci illə müqayisədə isə Bankın cəmi aktivləri 44 milyon 872 min manat və ya 6,2% artaraq  772 milyon 113 min manata qalxıb.

 

MƏCMU KAPİTALI ARTIB

"Rabitəbank" yüksək məbləğdə məcmu kapitala malik olan banklardan biridir. Belə ki, 31 Dekabr 2018-ci il tarixində "Rabitəbank" 102 milyon 979 min manat məcmu kapitala malik olub. 2017-ci ilin sonunda Bankın 92 milyon 195 min manat məcmu kapitalı vardı.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et