Rabitə Banka yeni təyinat | Banco.az

Rabitə Banka yeni təyinat

4 Yanvar 2019-cu il tarixindən etibarən, Rabitə Bankın İctimaiyyətlə Əlaqələr üzrə rəhbər vəzifəsini Nərmin Seyidova icra etməyə başlayıb.

Nərmin Seyidova bundan öncə Azərbaycan Yelkənli İdman Federasiyasının, Caspian Şirkətlər Qrupunun, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası, “Azərbaycan Mədəniyyət, İncəsənət və Elm evi” Gənclər Evi Sosial İnkişaf Proqramı, Avroviziya mahnı müsabiqəsinin rəsmi Fan-Klubunun PR rəhbəri vəzifələrini icra etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid  www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

Ən sərfəli krediti almaq üçün müraciət et