Qlobal kriptovalyuta bazarının həcmi 160 mlrd. dolları ötüb | Banco.az

Qlobal kriptovalyuta bazarının həcmi 160 mlrd. dolları ötüb

Dünyada tədavül edən bütün kriptovalyutaların məcmu dəyəri 160 mlrd. ABŞ dollarını ötüb. "Report" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu məlumat "Coinmarketcap" kriptovalyuta araşdırma və xəbər saytında yayımlanıb. 

Kriptovalyutaların məcmu kapitallaşmasının artmasına səbəb bitkoin və efir virtual valyutalarının qiymətlərinin yüksəlməsi amili olub.

Ən sərfəli kredit üçün müraciət et

"Coindesk.com" kriptovalyuta alqı-satqısı saytının məlumatına görə, bitkoin rekord həddindən 3,3% aşağı - 4 370 dollara, efir isə 5,8% aşağı - 360 dollara, yeni bitkoin olan "bitkoin kəş" isə 3,6% aşağı - 600 dollara satılır. 

Ən sərfəli krediti almaq üçün müraciət et