Qlobal iqtisadi inkişafa dair pessimistlik daha da gücləndi | Banco.az

Qlobal iqtisadi inkişafa dair pessimistlik daha da gücləndi

Danışıqlar davam edərkən, ABŞ  Çin mallarına gömrük tarifini artırdı

Bugündən ABŞ 200 milyard dollarlıq Çin məhsullarının idxalına gömrük tarifini 10%-dən 25%-ə qaldırır. 

Bu addım qeyri-müəyyənliyi artırıb, maliyyə bazarlarını sarsıdıb və qlobal iqtisadi inkişafa dair pessimistliyi gücləndirib. 

Çin, ABŞ-ın bu qərarının dərhal ardından etdiyi açıqlamada, cavab vermək məcburiyyətində qaldıqlarını qeyd edib, ancaq bunun necə edəcəklərinin detalını verməyib. 

Mövzu haqqında məlumata malik mənbələrə görə, ABŞ bu addımı danışıqlada irəliləyiş təmin etmək üçün atıb. Cümə axşamı ABŞ rəsmiləri Vaşinqtonda Çinin nümayəndə heyəti ilə danışıqları davam etdiriblər. 

Həmçinin Cümə axşamı günü Tramp, ABŞ-ın, 325 milyard dollarlıq Çin məhsullarına da  25% gömrük vergisi tətbiq etməyə hazırlaşdığını söyləmişdir. Bu vəziyyətdə, keçən il 540 milyard dollar olaraq reallaşan ABŞ-ın Çindən idxalının az qala hamısı əlavə gömrük vergisinə tabe olacaqdır. 

Ən sərfəli kredit üçün müraciət et

Belə bir qərarın tətbiq edilməsi həftələr çəkə bilər. Ancaq bunun ABŞ, Çin və qlobal iqtisadiyyatlar üzərində mənfi  təsirləri olacaq. "Moody's Analytics"in iqtisadçıları, bu həftə hazırladıqları hesabatda, dünyanın ən böyük iki iqtisadiyyatı arasındakı ticarət anlaşılmazlıqlarının ABŞ iqtisadiyyatının 2020-ci ildə durğunluğa girməsinə səbəb olacağını qeyd ediblər. 2020-ci ildə ABŞ-da Prezident seçkiləri keçiriləcəkdir. 

Yeni tərifələr Cümə günü Vaşinqton saatı ilə gecə 00:01-də qüvvəyə minəcək. Bunun nəticəsində Çindən, hazır qidadan tutmuş Milad ağacı işıqlarınadək 5700 fərqli məhsula tətbiq olunan vergi 10%-dən 25%-ə qalxacaq.

Cümə günü davam edəcək danışıqlardan da bir nəticə gözlənmir.  

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et