Qlobal bazarlar səbirsizliklə bu qərarı gözləyir | Banco.az

Qlobal bazarlar səbirsizliklə bu qərarı gözləyir

ABŞ mərkəzi bankı Fed-in, bu gün sona çatacaq iclasında qlobal zəiflik, ABŞ Prezidenti Donald Trampın Çin ilə ticarət müharibəsi və Səudiyyə Ərəbistanında neft obyektlərinə qarşı thücum kimi geosiyasi risklər şəraitində iqtisadi inkişafın davamını təmin etmək üçün bu il ikinci dəfə faiz endiriminə gedəcəyi gözlənilir.

Fed İyul ayında faiz aralığını 10 ildən çox fasilədən sonra 25 bənd aşağı salaraq  2% - 2.25%-ə endirmişdi. Həmçinin ABŞ mərkəzi bankı, bu il əlavə üç faiz endirimi edəcəyinə dair gözləntiləri də gücləndirmişdi.

Ancaq daha sonra iqtisadçıların böyük qismi əlavə faiz endirimləri üçün gözləntilərini azaltmış, bir və ya iki əlavə faiz endirimi ola biləcəyi proqnozunu vermişdilər. Ticarət danışıqlarının yenidən başlaması və Vaşinqton ilə Pekin arasında tonun yumşalması bu fikri gücləndirib. 

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, neft qiymətlərinin yüksək qalacağı düşünülməsi və inflyasiyanın nəhayət Fed-in hədəf səviyyəsi olan 2%-ə çatacağı və ABŞ iqtisadiyyatının güclü olacağı gözləntisi də faiz endirimlərinə dair gözləntilərin azalmasına səbəb olur.

Fed faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da  açıqlayacaqdır. Saat 22:30-da isə Fed sədri Cerom Pauelin mətbuat konfransı başlayacaqdır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et