Qlobal bank neftin qiyməti üzrə proqnozlarını aşağı saldı | Banco.az

Qlobal bank neftin qiyməti üzrə proqnozlarını aşağı saldı

ABŞ-ın investisiya bankı və maliyyə xidmətləri şirkəti "Morgan Stanley", bu ilə dair Brent növü xam neftin qiymət proqnozunu aşağı salıb.

"Morgan Stanley"dən verilən açıqlamada, dünyada ən çox istifadə edilən Brent növü xam neftin 2019-cu il üçün ortalama barel qiyməti proqnozunun 69 dollardan 61 dollara salındığı qeyd edilib.

ABŞ-ın Qərb Teksas  (WTI) xam neftinin bu ilki ortalama barel qiyməti proqnozunun da 60 dollardan 54 dollara endirildiyi bildirilib. 

Neft qiyməti proqnozları, qlobal iqtisadi artımın zəifləməsi və ABŞ-da artan neft hasilatı ilə əlaqədar aşağı salınıb. 

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada, qlobal neft bazarının sabitləşməsi üçün Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatın azaldılması müqaviləsini 2020 üçün də tətbiq etməsi lazım olduğu qeyd edilib.

OPEC və OPEC-ə üzv olmayan ölkələr, 7 dekabrda, 1 Yanvar 2019-dan etibarən 6 ay müddətinə cəmi xam neft istehsallarını gündəlik 1,2 milyon barel azaltmaq qərarı vermişdilər.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et