Qızıl bazarına nəzarət edən 10 şirkət – Siyahı | Banco.az

Qızıl bazarına nəzarət edən 10 şirkət – Siyahı

Dünyanın 10 ən böyük qızıl istehsal edən şirkətlərinin adları açıqlanıb.

Gün.Az xəbər verir ki, siyahıya görə dünyanın ən böyük qızıl istehsalçısı Kanadanın “Barrick Gold” korporasiyasıdır.

Şirkət ildə 7,16 milyon unsiya qızıl istehsal edir. Şirkət, Çili, Argentina, Peru, Avstraliya da daxil olmaqla dünyanın dörd qitəsində fəaliyyət göstərir.

İkinci ən böyük qızıl istehsal edən şirkət isə ABŞ-ın “Newmont Mining” korporasiyasıdır. Şirkətin illik istehsalı 5,1 milyon unsiyadır.

Dörd qitədə fəaliyyət göstərən şirkət illik istehsalının böyük hissəsini Nevadadakı 16 mədəndən əldə edir. Eyni zamanda, Peru, Qana, İndoneziya və Avstraliyada da böyük əməliyyatlar aparır.

Üçüncü ən böyük şirkət isə Cənubi Afrikanın “AngloGold Ashanti” şirkətidir.

İldə 4,1 milyon unsiya qızıl çıxaran şirkət Qana, Nambiya, Mali, Tanzaniya kimi ölkələrdə fəaliyyət göstərir. Şirkət həmçinin, Avstraliya, Kolorado və Kolumbiyada da qızıl çıxarmaqla məşğuldur.

Ən böyük qızıl istehsalçısı dördüncü şirkət isə Kanadanın “Goldcorp” şirkətidir.  Şirkətin illik istehsalı 2,67 milyon unsiyadır.

Şirkət əsasən Meksikada, Quatemalada, Çili və Argentinada fəaliyyət göstərir.

Siyahıda növbəti sırada isə Kanadanın digər şirkəti “Kinross Gold” korporasiyası yer alıb. Şirkətin illik istehsalı 2,63 milyon unsiya təşkil edir.

Şirkət Qana, Braziliya, Rusiya və Alyaska, Nevada və Çilidə fəaliyyət göstərməkdədir.

Avstraliyanın “Newcrest Mining” şirkəti ildə 2,1 milyon unsiya hasilatla bu sektorda dünyanın altıncı ən böyük şirkətidir.

Şirkət Papua-Yeni Qvineyada, Avstraliyada, İndoneziyada və Afrikada böyük əməliyyatlar aparır.

Digər ən böyük qızıl hasilatı şirkəti isə Cənubi Afrikanın “Goldfields Ltd.” şirkətidir. İllik hasilatı 2 milyon unsiya olan şirkət Cənubi Afrika, Peru, Qana və Avstraliyada əməliyyatlar aparır.

Rusiyanın “Polyus Gold International” şirkəti dünyanın səkkizinci qızıl istehsalı şirkətidir. İllik hasilatı 1,65 milyon unsiya olan şirkət Sibirdə fəaliyyət göstərir.

Siyahıda tək dövlət şirkəti olan Çinin  “China National Gold Group” şirkəti ildə 1,4 milyon unsiya qızıl istehsal edir. Şirkət əsasən Tibet, Monqolustanda əməliyyat aparır.

Siyahıda sonuncu sırada isə Kanadanın digər bir şirkəti “Yamana Gold” şirkətidir. Şirkət ildə 1,2 milyon unsiya qızıl istehsal edir. Şirkət Meksika, Braziliya, Çili və Argentinada fəaliyyət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et