Qiymətli kağızların ümumi məbləğində 44% artım olub | Banco.az

Qiymətli kağızların ümumi məbləğində 44% artım olub

Qiymətli kağızlar bazarı qiymətli kağızların emissiyası, buraxılması, tədavülü, ödənilməsi, mülkiyyətçiliyi, saxlanılması, kompensasiyası, öhdəliklərlə yüklənməsi, dövlət tənzimlənməsi və digər əməliyyatların həyata keçirilməsi üzrə subyektlər arasında olan hüquqi və iqtisadi münasibətlərin məcmusudur.

Qiymətli kağızlar bazarında bu ilin I yarımilində 8176.3 milyon manatlıq qiymətli kağızlar satışa çıxarılıb. Bu qiymətli kağızların 84-85% dövlətin qiymətli kağızlarının,13% isə korporativ qiymətli kağızların payına düşür. Qiymətli kağızların 90%-i ilkin bazarda, qalanı isə təkrar bazarda satılan qiymətli kağızlardır. Ümumi əqdlərin sayı isə 2706-dır ki, bunlardan 1440 əqd korporativ qiymətli kağızlar, 1022 əqd isə dövlət qiymətli kağızların payına düşür.

Həmçinin bax: Təkrar qiymətli kağızlar bazarının üstünlükləri

Ən sərfəli kredit üçün müraciət et

1082.5 milyon manatlıq korporativ qiymətli kağızların 326.7 milyon manatı səhm, 755.9 milyon manatı isə korporativ istiqrazlardır. Dövlət qiymətli kağızlarının isə 92%-i (6135.5 milyon manat) Mərkəzi Bankın notlarıdır. 6656 milyon manat dövlət qiymətli kağızlarından 520.5 milyon manatı isə dövlət istiqrazlarının payına düşür.

Həmçinin bax: "Adlı" və "adsız" səhmlər, istiqrazlar, qiymətli kağızlar

İlin I rübü ilə müqayisədə isə bu bazarda 44% artım qeydə alınıb. Artım korporativ qiymətli kağızlarda 35% olsa da, dövlət qiymətli kağızlarda 2 dəfəyədək olub. Xüsusilə də bu artım Mərkəzi Bankın notları hesabına baş verib. Bu kağızların ümumi məbləğində artım olsa da əqdlərin sayı 29 958-dən 2706-ya enib.

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç