Qiymətlər artdı, altcoinlər bahalaşdı - İnvestorlara ŞAD XƏBƏR | Banco.az

Qiymətlər artdı, altcoinlər bahalaşdı - İnvestorlara ŞAD XƏBƏR

Kriptovalyuta investorlarını sevindirəcək gözəl xəbərlər gəlməkdədir. Nəhayət ki, kriptovalyutalar bir neçə gündür davam edən enişdən sonra irəliləyişə nail olublar. Xüsusilə, Cənubi Koreya və Çindən gələn mənfi xəbərlərin təsirilə bazarda ciddi tənəzzül müşahidə olunurdu. ABŞ Senatında kriptovalyutaların gələcəyi ilə bağlı müsbət fikirlərin səsləndirilməsiylə bu eniş sona çatırmış kimi görünür.

Kriptovalyuta bazarı canlanır

Kriptovalyuta bazarını ən yaxşı təsvir edən anlayış “volatilite” – yəni, dəyişkənlik sözüdür. Volatilite iqtisadiyyatda aşağı və yuxarı yönlü dəyişkənlikləri təsvir etmək üçün istifadə edilən termindir. Ancaq kriptovalyuta bazarında zaman-zaman fərqli hadisələr yaşanır. Məsələn, iyul ayının sonundan fevralın əvvəlinədək günlük olaraq dəyişən qiymətlər bazarı bu şəkildə təyin etməkdən uzaq tutur.

Kriptovalyuta ticarətini bu qədər riskli edən nəsnə qiymətlərdəki aşırı dəyişkənlikdir. Bu durum isə sərmayə qoyularkən niyə dəfələrlə düşünülməsini açıqlayır. Vurğulanması lazım olan əsas məsələ isə bazarın həddindən artıq risk ehtiva etməsindən ötrü heç kimin itirməyi nəzərə alacaq miqdardan daha artığı ilə sərmayə qoymamasının gərəkliyidir.

ABŞ Senatında müzakirə

Bazardakı ümumi inkişafa səbəb olan olay ABŞ Senatında aparılan müzakirələrin müsbət nəticə verməsidir. Bu iclasda Əmtəə Müddətli Müqavilə Ticarət Komissiyasının (CTFC) idarə heyətinin sədri Kristofer Giankarlo və Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) rəhbəri Cey Kleyton kriptovalyutaların ünvanına müsbət ifadələr səsləndirdilər.

Bazar razılaşmasına baxmayaraq, iki prezident kriptovalyutalarının istifadəsi haqqında ifadə verdi. Təşkilat tədqiqatçılarının kriptovalyuta bazarını yaxından izlədiyini və həmin şəxslərin yeganə məqsədinin insanların investisiya qoymalarını təmin etmək olduğu bildirilib.

Bütün investorlar iki rəhbərin Çin və Cənubi Koreyanın addımlarını təqib edib bazarda məhdudlaşdırıcı tənzimləmələr etməyə çalışacaqları mövzusunda spekulyasiyalar edirdilər. Bu tənzimləmələrin isə investorlara və hökumətə uyğun olmayan məsələlərdə xüsusi olaraq edilməsini söyləyə bilərik.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

“Lightning Network” nədir və necə işləyir?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et