Qırğızıstan innovativ texnologiyalara əsaslanan sənayeləşməyə vergi dəstəyi göstərir | Banco.az

Qırğızıstan innovativ texnologiyalara əsaslanan sənayeləşməyə vergi dəstəyi göstərir

Qırğızıstanda innovativ texnologiyalara əsaslanan hər cür sənaye məhsulu istehsal edəcək müəssisələr və bu sahəyə sərmayə qoyan investorlar üçün təşviq və dəstək paketi açıqlanıb. Nazirlər Kabinetindən bildirilib ki, ölkədə 1 yanvar 2019-cu ildən sonra 30 regionda və kəndlərin hamısında açılan və ya açılacaq sənaye müəssisələri 5 il müddətinə əmlak, satış, gəlir və torpaq vergilərindən azad edilib. Açıqlmada vergi güzəştinin yüngül sənaye və qida sənayesi, elektrik enerjisi, kənd təsərrüfatı məhsullarının emalı, montaj və ixrac yönümlü bütün sənaye sektorlarına tətbiq ediləcəyi bildirilib. Bundan başqa, hökumətin müəyyənləşdirdiyi ərazi vahidlərində tətbiq olunan azadetmələrdən faydalanmaq istəyən yeni müəssisə sahiblərinin yerli instansiyalara müraciət etməsi məsləhət görülüb.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç